Samsung UHD TV – doğmalarınızı və yaxınlarınızı əla hədiyyə ilə sevindirin!


Digərləri 23 Dek 2017 14:05:00 264 0

Samsung UHD TV – doğmalarınızı və yaxınlarınızı əla hədiyyə ilə sevindirin!

Yeni ilə çox az qalıb, şam ağacımız qurulub, hər tərəfdə isə bayram abu havası hiss olunur. Hamı bayrama hazırlaşır, işləyənlər isə var gücü ilə hesabatları vaxtında bitirməyə çalışır. Amma hətta ən çətin hesabatı hazırlayarkən belə, özümüz üçün "Yeni il gəldi, yeni il gəldi..." deyə züm-zümə edirik. Tanış melodiyanıeşidən iş yoldaşlarımız bizə bir-bir qoşulur, və nəticədə bütün mühasibatlıq "Yeni il gəldi" mahnısını oxuyur. Təbii ki, ilin sonu olduğuna görə işlər çoxdur, lakin, bu hədiyyələrin hazırlanmasına təsir etməməlidir. Ən azından nə alacağımızı qərarlaşdırmaq lazımdır. 

Yaxşı ki, Yeni ilə ən gözəl hədiyyələrdən biri olan Samsung UHD TV televizorları var. Belə bir hədiyyə hər kəsin ürəyincə olub, Yeni il sevincini daha da artıracaq. Ən əsası isə, belə gözəl hədiyyəni siz sadəcə doğmalarınıza və yaxınlarınıza deyil özünüzə də bağışlaya bilərsiniz.

Ən istedadlı mühəndislərin zəkasının bəhrəsi olan bu televizor, həmdə zərif və incə dizayna malikdir. UHD TV -ActiveCrystalСoloursayəsində inanılmaz təbii rənglərin ötürülməsi və Dynamic Crystal Color sayəsində rənglərin kristal təmizliyi deməkdir. Beliklə, daha zəngin rəng çaları və daha çox hissəyə malik bu televizor, azelektroenerji sərfi ilə işləyir. HDR texnologiyasının parlaqlığı tənzimləmə qabiliyyəti ilə isə özünüzə heyrətamiz seyr bəxş edin. Samsung UHD TV - hər ən incə zövqü belə oxşaya biləcək hədiyyədir, əmin olun ki, Full HD keyfiyyətindən 4 dəfə daha artıq detal ötürə bilən UHD icazəsının üstünlükləri hər kəsin ürəyincə olacaq. Ən əsası isə bu televizor hər bir məkanın bəzəyidir. "Qövsvari" dizayn və təbiətdən ilham almış formalar sönmüş və ya işlək olmasına baxmayaraq bu televizoru incəsənət nümunəsinə çevirir.

Sözü gedən bu hədiyyənin əsas üstünlüyü onun multifunksionallığıdır, çünki sözün əsl mənasında bu smat TV televizorun bacara biləcəyi hər bir işin öhdəsindən məharətlə gələ bilir. Yeni SmartHub servisi bir qoşulma nöqtəsindən efir kanalları, internet provayderlər, oyunlar, Blu-raypleyerlər və s. kimi kontent mənbələrinə keçid almağa imkan yaradır. İnternetdə axtarış aparmaq hələ bu qədər asan olmamışdır, ələlxüsuz bunu televizorunuzun ekranından edirsinizsə. Samsung UHD TVinternet səhifələrinə asanlıqla baxış keçirmək və donma baş vermədən film izləmək üçün təkmilləşdirilmişvebbrauzer ilə təchiz olunmuşdur. Həmçinin, yeni smart TV-lərin bir çox müasir cihazın qoşulmasınıdəstəklədiyindən indi smartfonunuz, kompyuter və planşetlərinizdə yerləşən məlumat və şəkilləri bir başa televizorunuzun ekranında izləyə bilərsiniz.