Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verilib (FOTO)


Digərləri 23 Dek 2017 13:13:00 192 0

Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verilib (FOTO)

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "İslam Həmrəyliyi İli" çərçivəsində ölkəmizdə səfərdə olan misirli alimlərin tələbələrlə yekun görüşü keçirilib.

Bakı. Dekabrın 22-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "İslam Həmrəyliyi İli" çərçivəsində ölkəmizdə səfərdə olan misirli alimlərin tələbələrlə yekun görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Fondun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və məşhur xəttat Mustafa Məhəmməd Amrinin 18-22 dekabr tarixlərini əhatə edən görüşləri sona çatıb. Fondun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən yekun tədbiri Mərkəzin rəhbəri Əhməd Sami Elaydi giriş sözü ilə açaraq, misirli alimlərin səfər çərçivəsində keçirdikləri görüşlərdən və effektiv nəticələrdən danışıb. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov açaraq, bu səfər çərçivəsində işgüzar görüşlərə qatıldıqları, alim, mütəxəssis, tələbə və gənclərlə Beynəlxalq Ərəb Dili Günü ilə bağlı maarifləndirici məruzələr söylədikləri, Ərəb xəttatlıq sənətinin sirlərini təlimlərdə iştirak edənlərə həvəslə öyrətdikləri üçün təmsil etdiyi qurumun rəhbərliyi adından misirli alimlərə minnətdarlığını bildirib.