Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI


Sosial 23 Dek 2017 11:06:00 280 0

Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

“Damla” adı ötən illə müqayisədə təxminən 2 dəfə çox qoyulub

 2017-cı ildə Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.

“Report” Ədliyyə Nazirliyinn məlumatlarına əsasən xəbər verir ki, bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Yusif (2839) və Zəhraya (2700) verilib.

Doğulan körpələrə verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə(1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları da üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında  Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da yer alıb.

Bu il köroələrə Əsnad (248), Sevgi (202), Elif (188), Günəş (178), Nihan (138), Milana (112), Sunay (104), Selin (100), Jasmin (99), İlknur (96), Səmra (85) kimi maraqlı adlar da verilib.