Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası təxirə salınıb


Digərləri 23 Dek 2017 10:50:00 183 0

Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası təxirə salınıb

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının on ikinci iclası 2018-ci il yanvarın ortalarına təxirə salınıb

Bakı. Azad Həsənli - Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının on ikinci iclası 2018-ci il yanvarın ortalarına qədər təxirə salınıb. Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Həmin iclasın bu il dekabrın 25-də İranın Astara şəhərində keçirilməsi nəzərdə tutulurdu. Bundan başqa, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun və yük terminalının açılış mərasimi də 2018-c ilədək təxirə salınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin