Bakıda ən böyük qala gecəsi keçirildi


Digərləri 23 Dek 2017 10:05:00 409 0

Bakıda ən böyük qala gecəsi keçirildi

Ötən gün Elektra Events Hall-da Cinema Plus-un təşkil etdiyi ən böyük qala gecəsi keçirilib

Ötən gün Elektra Events Hall-da Cinema Plus-un təşkil etdiyi ən böyük qala gecəsi keçirilib.

Son.az xəbər verir ki, gecədə demək olar ki, Azərbaycanın bütün məşhurları iştirak edib. Onların çoxu həmçinin filmdə də rol alıb. Qalaya qatılan xanım məşhurlar cazibədar görünüşləri ilə diqqət çəkiblər.

"Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" macəra komediyasının nümayişi keçirilib. Filmdə 20-dən çox məşhur aktyor, muğənni və rejissor rol alıb.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.