Filippində sel və daşqınlar 90 nəfərə qədər insanın ölümünə səbəb olub


Dünya 23 Dek 2017 09:43:53 253 0

Filippində sel və daşqınlar 90 nəfərə qədər insanın ölümünə səbəb olub

Fırtınadan 270 mindən çox insan əziyyət çəkib

Filippində baş verən sel və daşqınlar, təxminən, 90 nəfərin ölümü ilə nəticələnib.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, daşqınlara və sürüşmələrə səbəb olan fırtınadan 270 mindən çox insan əziyyət çəkib.

Ölkə ərazisində 44 min nəfərə sığınacaq ola biləcək 608 evakuasiya mərkəzi açılıb. Əlverişsiz hava şəraiti ən çox Filippinin Biliran vilayətinə zərər vurub.