Rusiyada həmyerlisini güllələyərək öldürən azərbaycanlıya HÖKM OXUNDU
Kriminal 23 Dek 2017 09:04:00 256 0
Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiyskaya meyvə-tərəvəz bazasında Azərbaycandan olan Maarif İsmayılovun qətli ilə bağlı cinayət işinin iştirakçısı 12 il müddətinə azadlıqdan məhrum edilib.
Son.az report-a istinadən xəbər verir ki, bu barədə cümə günü şəhər məhkəmələri mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.
"Məhkəmə Emil Hüseynov üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Cinayət əməlində Hüseynov ilə birgə iştirak edən Əfqan Əliyev və Vüsal Əsgərova qarşı cinayət işinə Sankt-Peterburq şəhər məhkəməsində baxılır", - deyə mətbuat xidmətlərinin məlumatında qeyd olunub.
Bildirilir ki, Azərbaycan əsilli Ə.Əliyev və V.Əsgərova qarşı əvvəllər adam öldürmə, qeyri-qanuni silah dövriyyəsi, həmçinin qətl təhdidi və onu həyata keçirməyə hazırlaşmaq maddələri üzrə ittiham irəli sürülüb.
Cinayət işi materiallarından məlum olur ki, Ə.Əliyev və V.Əsgərov həmyerliləri Elçin İsmayılova qarşı olan ədavət üzündən onun qətlini təşkil etmək qərarına gəliblər. Onlar bunun üçün işə pul müqabilində qətli törətməyə razılıq vermiş E.Hüseynovu cəlb ediblər.