Kompüter məhkəmədə yalanı müəyyənləşdirəcək


Digərləri 23 Dek 2017 08:59:00 242 0

Kompüter məhkəmədə yalanı müəyyənləşdirəcək

ABŞ mütəxəssisləri məhkəmədə müttəhimin yalanını onun sifəti və səsinə görə müəyyənləşdirən "DARE" adlı süni intellekt sistemi yaradıblar. Sınaqlar proqramın bu vəzifənin öhdəsindən insandan daha yaxşı gəlməsini göstərib. Belə ki, kompüter tərəfindən yalanın müəyyənləşdirmə göstəricisi 90 faiz təşkil edib. Proqramın "AAAI-18" süni intellekt konfransında nümayişi gözlənilir.

Son.az ICTnews-a istinadən bildirir ki, müasir kompüter təlimi sistemləri yalanın müəyyənləşdirilməsi üçün böyük potensiala malikdirlər. Bu, əsasən onunla əlaqədardır ki, kompüter böyük məlumat kütləsində təlim keçir və bu, ona insanın diqqət yetirməyəcəyi kiçik detalları görməyə imkan verir. Bu səbəbdən Merilend Universiteti və Dartmund Kollecinin tədqiqatçıları xüsusi "DARE" alqoritm poliqrafını icad ediblər.