Abşeronda məktəbli qızı avtobus vurub


Digərləri 23 Dek 2017 08:38:00 251 0

Abşeronda məktəbli qızı avtobus vurub

Məktəbli orta-ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 303 saylı marşut avtobusundan düşən 2001-ci il təvəllüdlü Abdullazadə Aytən Seyfəddin qızı həmin nəqliyyat vasitəsinin qarşısına keçib və avtobus onu vurub. . Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.