Ərdoğan Qüds məsələsini müzakirə edib


Dünya 23 Dek 2017 08:23:00 196 0

Ərdoğan Qüds məsələsini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan alman və fələstinli həmkarları ilə Qüds məsələsini müzakirə edib.

Son.az Trend-ə istinadən bildirir ki, Ərdoğanla Ştaynmayer və Abbasın telefon danışığı BMT Baş Assambleyasının səsverməsinin nəticələrinə dair baş tutub.

Qeyd edək ki, daha öncə BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib. Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.