Çilidə sel daşqınları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb


Dünya 23 Dek 2017 06:15:10 267 0

Çilidə sel daşqınları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

Təbii fəlakət zonasında axtarış işləri davam etdirilir

Çilinin cənubunda könüllü xilasedicilər sel daşqınları nəticəsində həyatını itirmiş daha bir nəfərin – uşağın meyitini tapıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "BioBio" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, hazırda təbii fəlakət nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, daha 7 nəfər itkin düşüb.

Uşağın meyiti sel axını üzərində olan evin dağıntıları altından tapılıb. Fəlakət zonasında axtarış işləri davam etdirilir.