İlk dəfə sığortasız açıq fəzaya çıxan astronavt dünyasını dəyişib


Dünya 23 Dek 2017 05:52:45 292 0

İlk dəfə sığortasız açıq fəzaya çıxan astronavt dünyasını dəyişib

Makkendless ən böyük kosmik teleskop "Hubble"nin quraşdırılmasına iştirak edib

Birləşmiş Ştatlarda astronavt Brüs Makkendless 80 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə NASA-nın məlumatında bildirilir.

Qeyd olunur ki, o, bəşər tarixində ilk dəfə olaraq sığortasız açıq fəzaya çıxıb.

Bundan əlavə, Makkendless ən böyük kosmik teleskop "Hubble"nin quraşdırılmasına iştirak edib.