ABŞ-da neft-qaz quyularının sayı həftə ərzində 931 ədədə çatıb


İqtisadiyyat 23 Dek 2017 05:38:32 253 0

ABŞ-da neft-qaz quyularının sayı həftə ərzində 931 ədədə çatıb

Neft quyularının sayı 747 ədəd səviyyəsində dəyişilməz qalıb

ABŞ-da neft-qaz quyularının sayı ötən həftə ərzində 1 ədəd artaraq 931-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə "Baker Hughes" neft-servis şirkətinin məlumatında bildirilir.

Ötən həftə ərzində neft quyularının sayı 747 ədəd səviyyəsində dəyişilməz qalıb, qaz qurğularının sayı isə 1 ədəd artaraq 184-ə çatıb.