Acı dad reflüksün ilkin göstəricisi ola bilər


Digərləri 22 Dek 2017 23:04:00 240 0

Acı dad reflüksün ilkin göstəricisi ola bilər

Yeməkdən sonra ağızda qalan acı dad reflüks xəstəliyinin ilkin göstəricisi ola bilər.

AZƏRTAC Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına istinadla xəbər verir ki, reflüks xəstəliyi stress, bəzi qrup dərman preparatlarının qəbulu və ya hamiləlik zamanı meydana çıxan müvəqqəti narahatlıqdır. Lakin bu problem bəzən xronik hal da ala bilir.

Reflüks nədir? Normada qida borusunun mədəyə keçid nöqtəsində qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olan zaman bu qapaq açılır. Mədənin dolu olduğu zaman isə qapaq qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir. Bu qapağa qida borusu və mədəni ayıran qapaq deyilir. Qapaq mexanizminin yetərsizliyi mədənin turş möhtəviyyatı qida borusuna keçir və onu zədələyərək iltihab törədir ki, bu da qastroezofageal reflüks xəstəliyi (QERX) adlanır.