Saatlıda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb


Sosial 22 Dek 2017 22:42:57 238 0

Saatlıda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Minik maşını tərəfindən vurulan uşaq hadisə yerində ölüb

Saatlı rayonunun Dədə Qorqud kəndində azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran burosu xəbər verir ki, hadisə 2011-ci il təvəllüdlü Qədirov Elnur Rafel oğlu sözügedən kənddə yolu keçən zaman qeydə alınıb.

Minik maşını tərəfindən vurulan uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.