Evlilik təklifi rədd edilən oğlandan DƏHŞƏTLİ ƏMƏL FOTO (+18)


Digərləri 22 Dek 2017 22:34:00 349 0

Evlilik təklifi rədd edilən oğlandan DƏHŞƏTLİ ƏMƏL  FOTO (+18)

26 yaşlı oğlan ona ərə getmək istəməyən qızı əvvəlcə təqib edib, daha sonra isə öldürüb.

Son.az xəbər verir ki, Başqırdıstanın paytaxtı Ufa şəhərində dəhşətli hadisə baş verib. 26 yaşlı oğlan uzun illərdir təqib etdiyi 23 yaşlı qıza evlənmə təklif edib. Qız isə ona "yox" cavabını verib. Bundan qəzəblənən oğlan qızı izləyib və ticarət mərkəzlərinin birində qarşısına çıxaraq onu qaçırtmaq istəyib.

Qız ona müqavimət göstərərək kömək çağırmağa başlayıb. Polislərin gələcəyindən təlaşlanan oğlan əlindəki bıçaqla qıza bir neçə dəfə zərbə vurub. Qız güclü qanaxmadan hadisə yerində ölüb.

Daha sonra onun öldüyünü videoya çəkən oğlan özünü də bıçaqlayaraq öldürməyə çalışıb. Lakin ətrafdakı insanlar tərəfindən hadisə yerinə çağrılan təcili tibbi yardım cinayətkarı xəstəxanaya aparıb.


Xəbərə aid fotolar