Heyvan nəcisindən salfet düzəldirlər FOTO


Digərləri 22 Dek 2017 22:20:00 253 0

Heyvan nəcisindən salfet düzəldirlər  FOTO

Çinin Sicuan əyalətində fəaliyyət göstərən "Qianvei Fenqshenq" kağız şirkəti "Nəhəng Pandaları Qoruma və Araşdırma" mərkəzi ilə birgə qəribə layihə həyata keçirib.

Son.az xəbər verir ki, şirkət ölkənin simvollarından olan pandaların nəcisindən və yediyi bambuk ağaclarının qalığından tualet kağızı, kağız və salfet istehsal edib.

Yaxın gələcəkdə "Panda nəcisi" (Panda Poo) adı altında satışa çıxarılacaq məhsulların qablaşdırılmasında bambuk ağacı yeyən panda təsviri verilib.

Şirkət Sicuandakı 3 pandanı həftədə bir neçə dəfə ziyarət edir və onların nəcislərini toplayır. Nəcislər qaynadıldıqdan sonra pasterizə edilir və kağıza çevrilir. Satışdan öncə isə bakteriya analizi aparılır.


Xəbərə aid fotolar