Aktrisa "sevgili" olduğu həmkarından danışdı: "Çətin günlərində yanında ola bilmədim" FOTO


Şou-biznes 22 Dek 2017 21:12:00 354 0

Aktrisa "sevgili" olduğu həmkarından danışdı: "Çətin günlərində yanında ola bilmədim"  FOTO

“O həyatda mübarizə apara bilmədi”

Məşhur türk aktrisası Sevinc Erbulakın Son.az-a müsahibəsi.

- Sevinc xanım, bir müddət öncə Azərbaycana gəlmişdiniz. İlk dəfə idi paytaxtımızın qonağı olurdunuz?

- Bəli, ilk dəfədir ki, Azərbaycanda qonaq olurdum. Getmədiyim yerlərə getmək, fərqli mədəniyyətləri görmək həmişə mənim həyat missiyam olub. Amma buna rəğmən 40 ildir ki, Bakıya heç bir dəfə də olsun yolum düşməmişdi. Əslində bizim mədəniyyətlərimiz eynidir, fərqli olan yalnız danışıq dillərimizdir. Siz də qonaqpərvərsiniz, biz də. Mənim Bakıya gəlişimə gözəl aktrisanız Məlahət Abbasova vəsilə olmuşdu. Yaxşı ki, gəldim, yaxşı ki, Bakını tanıdım.

- Neçə gün Bakıda qaldınız?

- Bakıya iki günlük gəlmişdim, iki gün sonra Türkiyəyə qayıtdım. Çünki iki gün sonra axşam teatrda tamaşam var idi. Mən həm İstanbul şəhər teatrlarında, həm də özəl teatrlarda çalışıram. Bu tamaşam da özəl bir teatrda baş tutdu.

- Teatrı üstün tutursunuz, yoxsa film və serialları?

- Mən heç bir vaxt bunları ayırmamışam. İkisi də bizim sənətimizdir. Çünki aktyorluq aktyorluqdur. Bunların texniki cəhətdən çərçivələri fərqlidir. Birini ekrandan izləyirsən, digərini isə canlı olaraq. Bu sənət həm də bizim maddiyat mənbəyimizdir. Bu mənim iş olaraq gördüyüm bir şey deyil, aktyorluq həm də mənim həyatımdır.

- Teatra, sənətə bu qədər həvəs sizdə haradan qaynaqlanıb?

- Mənim anam da, atam da, qardaşlarım da illərdir bu sahədə çalışır. Bu sənət bizə genetik keçmişdir desəm, daha düzgün olar. Amma onlar mənə heç vaxt "sən də aktrisa ol" demədilər. 25 ildir ki, bu sahədəyəm.

- Siz gənclik illərindən Bakıda çox sevilirsiniz. "Kuzenlerim" serialı ilə o vaxtlar çox məşhurlaşdınız. Serialda gənc, çılğın qız obrazını canlandırmışdınız. Məncə siz elə özünüzü oynamısınız.