10 yaşlı qızı 50 yaşlı kişiyə ərə vermək istədilər VİDEO FOTO


Digərləri 22 Dek 2017 20:30:00 307 0

10 yaşlı qızı 50 yaşlı kişiyə ərə vermək istədilər  VİDEO  FOTO

Pakistanda polis 10 yaşlı qızın 50 yaşlı Citmal Meqara zorla ərə verilməsinin qarşısını alıb. Meqar qızın valideynlərinə "nikah" üçün 7 min dollar ödəmişdi.

Son.az Hindustan Times-a istinadən bildirir ki, Meqar "gəlin"in valideynlərinə pul ödəyərkən polis əməliyyat keçirib.10 yaşlı qızın valideynləri tutulublar.

Olay Pakistanın Sind vilayətindəki Kirpi kəndində baş verib.

Polisin "nikah" mərasiminə basqını zamanı 11 nəfər tutulub.

50 yaşlı "təzə bəy" qaçıb aradan çıxıb. Polis indi onu axtarır.

10 yaşlı qızın anası Məsmət Bibinin dediyinə görə, ərinin cərrahiyyə əməliyyatı üçün aldıqları borcu ödəməyə pulları olmadığından nikaha razılaşıblar.

"Ərim xəstə idi və onun müalicəsi üçün nüfuzlu adamlardan borc aldıq. Borcu ödəməyə pulumuz yoxdu. Nə mən, nə də ərim qızımızla belə davranmaq istəmirdik. Amma çıxış yolumuz yoxdu. Meqar cehiz istəmədi, toyla bağlı bütün xərcləri ödəyəcəyini söylədi", - Məsmət Bibi söyləyib.


Xəbərə aid fotolar