"Məni əməliyyat etmirlər" Xalq artisti VİDEO FOTO


Kriminal 22 Dek 2017 18:06:00 299 0

"Məni əməliyyat etmirlər"  Xalq artisti  VİDEO  FOTO

Son.az bildirir ki, "ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan xalq artisti Yalçın Rzazadə maraqlı açıqlamalar verib.

Özünə belə vaxt tapa bilməyən Xalq artisti səhhətində problemlərin olmasına baxmayaraq, bacardığı qədər işinin arxasınca getməyə çalışır:

"Düzü, çox yaxşı deyiləm. Mən bədbin ruhda danışmağı xoşlamıram. Əməliyyat olunmalıyam, ancaq hələlik etmirlər. Əməliyyat olunmaq üçün anesteziya olmalıdır, qan təzyiqi yüksəkdir, ürəyimdə problem var. Mən qabaq bütöv günü işləyirdim, ancaq indi işləyə bilmirəm. İşlərim çoxdur. Özümə vaxtım yoxdur".

İdmanla məşğul olmaqdan imtina etdikdən sonra səhhətində problemlərin ortaya çıxdığını etiraf edən Yalçın Rzazadə, vaxtının olmamasını əsas səbəb olaraq göstərdi.

"Hər bir peşəkar idmançı gərək ömrünün sonuna qədər idmanı davam etdirsin. İdmanla məşğul olursan, ürək, bədən bir ritmə uyğunlaşır. Ancaq nə zamansa idmanla məşğul olmaqdan imtina edəndə ürək öz fəaliyyətini itirir. Həmin dəqiqə kökəlmə başlayır. İdmanla məşğul olmağa vaxt olmur".

Məşhurluğun müsbət və ürəkaçan yönlərinə toxunan sənətçi, hər zaman şəxsiyyətini qoruyub saxlamağa çalışdığını diqqətə çatdırdı:

"Adi bir universitetin pilləkənlərini qalxıb düşənədək, yaxud şəhərdə harasa çıxanda hamı şəkil çəkdirmək istəyir, avtoqraf istəyir. Sənət adamının xoşbəxt tərəfi odur ki, xalqın ona məhəbbəti böyükdür. Mənə deyəndə ki, siz şəxsiyyətsiz, o zaman başıma sanki böyük bir tac qoyurlar. Şəxsiyyəti qoruyub saxlamaq çox çətindir. Ona görə də, çalışıram ki, şəxsiyyətimlə hər zaman xalqımın gözündə olum".


Xəbərə aid foto