Səfir: "Hindistan Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır"


Siyasət 22 Dek 2017 17:20:29 262 0

Səfir: "Hindistan Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

"Əczaçılıq sahəsində əməkdaşlıq bizim üçün prioritetlərdən biridir"

Hindistan Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mətbuat konfransında bildirib.

"Azərbaycan və Hindistan arasında münasibətlər müxtəlif sahələrdə möhkəmlənir və genişlənir. Əməkdaşlığımızı artıra və bir-birimizə kömək edə biləcəyimiz bir çox sahə var. Hindistan energetika sahəsində Azərbaycanın tərəfdaşıdır, lakin biz qeyri-neft sektorunda - kənd təsərrüfatı, turizm sahələrində də əməkdaşlığın inkişafında maraqlıyıq. Əczaçılıq sahəsində əməkdaşlıq isə bizim üçün prioritetlərdən biridir", - səfir deyib.