Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib


Digərləri 22 Dek 2017 16:34:00 195 0

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.

Bakı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib. DQİDK-dən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.