Unibank biznes sahiblərinə növbəti kredit məhsulunu təqdim edir


Digərləri 22 Dek 2017 16:16:00 285 0

Unibank biznes sahiblərinə növbəti kredit məhsulunu təqdim edir

Unibank biznes müştəriləri üçün dövriyyə həcminə görə overdaft kreditindən sonra daha bir imkan yaradır. Geniş POS terminal şəbəkəsinə malik Unibank partnyorluq etdiyi biznes sahiblərinə yeni kredit məhsulunu təqdim edir. Sahibkarlar POS terminallardan keçirilən dövriyyəyə əsasən, təminatsız olaraq qısa müddətə 100.000 manatadək kredit götürə biləcək. Kreditin məbləği biznes sahibinin Unibank POS terminallarında keçirilən dövriyyəsinə görə hesablanacaq. Kreditin ödənişi üçün müştərinin əlavə vaxt itirərək banka gəlməsinə, növbə gözləməsinə də ehtiyac olmayacaq. POS terminalın gündəlik dövriyyəsindəki vəsaitin  müəyyən hissəsi avtomatik olaraq kredit ödənişinə yönləndiriləcək. Kredit ödənişinə yönləndirilən məbləği isə sahibkar özü təyin edə biləcək.

Ekvayrinq kreditinin üstünlükləri:

Kreditin rahat və qısa müddət ərzində (1 gün ərzində) alınması;

Girov və təminat tələbinin olmaması;

Müştərinin POS terminal dövriyyəsi artdıqca kredit limitinin artırılması;

Kredit ödənişinin avtomatik olması, yəni məbləğin müştərinin POS terminaldan keçən dövriyyəsindən tutulması.