Paytaxtda iki avtomobil qaçırıldı


Digərləri 22 Dek 2017 16:18:00 195 0

Paytaxtda iki avtomobil qaçırıldı

Paytaxtda avtomobil oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, dekabrın 20-də Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindən Yevlax rayon sakini Ramil Salmanova məxsus "VAZ-2101" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yunis İmanov saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvləri də saxlanılıblar. Araşdırmalarla onların Xırdalan şəhər sakini Kənan Quliyev, Gəncə şəhər sakinləri Nəsrəddin Həsənov və İntiqam Rzayev olmaları müəyyən edilib.

DİN-in "102" Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini Nail Quliyev də avtomobilinin qaçırılması barədə məlumat verib.

Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla "Opel" markalı avtomobilin rayonun O.Vəliyev küçəsindən qaçırılması müəyyən edilib.