Azər Türk Bank Banklar Assosiasiyası tərəfindən 2 nominasiyada ölkənin ən fəal bankı seçilib


Digərləri 22 Dek 2017 16:00:00 280 0

Azər Türk Bank Banklar Assosiasiyası tərəfindən 2 nominasiyada ölkənin ən fəal bankı seçilib

"Bankçılıq Mükafatları 2017" tədbiri zamanı Azərbaycan Banklar Assosiasiyası (ABA) quruma üzv təşkilatları və tərəfdaşlarını mükafatlandırıb. Dövlət bankı Azər Türk Bank da mükafat alanlar sırasındadır.

Dekabrın 21-də  ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.

Mükafatlandırma mərasimi zamanı Azərbaycan Banklar Assosiasiyası prezidenti Zakir Nuriyev qeyd edib ki, 2017-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. Bu işlərin reallaşdırılmasının ABA üzvlərinin aktiv dəstəyi, yaxından iştirakı və etimadı sayəsində mümkün olduğunu söyləyən Zakir Nuriyev bütün üzv-təşkilatlara və ABA-nın fəaliyyətinə dəstək verən hər kəsə təşəkkürünü bildirib.

ABA qeyd edilən istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ölkənin ən fəal banklarını seçib.