Kino və şoubiznes ulduzları yerli komediya "Qızqaçırtma" filminin qalagecəsində iştirak etdilər


Digərləri 22 Dek 2017 15:36:00 464 0

Kino və şoubiznes ulduzları yerli komediya "Qızqaçırtma" filminin qalagecəsində iştirak etdilər

20 dekabr tarixində Park Cinema Flame Towers kinoteatrında yerli komediya "Qızqaçırtma" filminin qala-gecəsi uğurla baş tutmuşdur. Premyerada çox hörmətli qonaqlar, televiziya, şou-biznes və KİV nümayəndələri, blogerlər və s. iştirak etmişlər. Gecənin qonaqları filmi ilk izləyənlərdən biri olmaq, həmçinin gecəyə ev sahibliyi edən XəzərTV-nin çəkiliş qrupu ilə ünsiyyət qurmaq imkanı qazandılar.

"Qızqaçırtma" - Fariz Əliyevin rejissorluq etdiyi, komediya janrında çəkilmiş filmdir.

Film qızını ərə vermək istəyən imkanlı şəxsin qızına aşıq olan Gündüzdən bəhs edir. Gündüz "Qızqaçırtma" agentlyinin olduğundan xəbər tutur və sevdiyini qaçırtmaq üçün onlara müraciət etmək qərarına gəlir. Uzun səylərdən sonra onlar qızı qaçırırlar, lakin qaçırılan qız Gündüzün sevdiyi qız yox, onun əkiz bacısı olur...