Novak: OPEC+ anlaşmasından çıxış tədricən olacaq


İqtisadiyyat 22 Dek 2017 14:38:22 286 0

Novak: OPEC+ anlaşmasından çıxış tədricən olacaq

Rusiya 2035-ci ilə kimi maye qaz bazarındakı payını 4%-dən 15-20%-ə çatdıra bilər

OPEC+ anlaşmasının neft bazarını sabitləşdirməsi ilə bərabər OPEC və onun müttəfiqləri ABŞ-dakı şist neft hasilatı və dünya neft bazarındakı bütün prosesləri yaxından izləməyə davam edir. "Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzetinə Rusiyanın energetika naziri Aleksandr Novak verib.

Novak həmçinin qeyd edib ki, OPEC+ anlaşmasından tədricən çıxış barədə konsensus əldə olunub: "Burada əsas məqsəd neft bazarında anidən izafi təklifə səbəb olmamaqdır. Lakin lazım gələrsə, OPEC+ anlaşması 2018-ci ildən sonra da uzadıla bilər". 

Nazir 2035-ci ilə kimi Rusiyanın maye qaz bazarında hazırkı 4%-lik payını da 15-20%-ə çatdıra biləcəklərini qeyd edib.