Saunada faciə: 29 nəfər diridiri yandı VİDEO FOTO


Digərləri 22 Dek 2017 14:30:26 214 0

Saunada faciə: 29 nəfər diridiri yandı  VİDEO  FOTO

Cənubi Koreyanın Çeçzon şədərindəki fitnes mərkəzində baş vermiş yanğınla bağlı yeni təfərrüatlar bəlli olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, yanğında 29 nəfər həlak olub, 26 nəfər ağır xəsarətlər alıblar.

Fitnes mərkəzindəki saunadan çıxan və yanğından qurtulmağa çalışan insanlar pəncərələrdən atılıblar, 8 mərtəbəli binanın damına dırmaşmağa çalışıblar.

Yanğını 20 yanğınsöndürən maşın lokallaşdırmağa çalışıblar.

Polisdən verilən məlumata görə, yanğına səbəb binanın zirzəmisindəki dayanacaqda saxlanmış avtomobilin alışması olub. Həlak olanların əksəriyyəti binanın ikinci mərtəbəsində saunadakı insanlardılar.

20 nəfər saunada diri-diri yanıb.


Xəbərə aid fotolar