"Akif Çovdarov müalicə müəssisəsində müalicə almaq istəmir"


Kriminal 22 Dek 2017 14:35:00 303 0

"Akif Çovdarov müalicə müəssisəsində müalicə almaq istəmir"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, hazırda həbsdə olan Akif Çovdarovun Azərbaycanın Penitensiar Xidmətinin Müalicə Müəssisəsində xidmətin aşağı səviyyədə olması barədə dedikləri həqiqəti əks etdirmir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abasbəyli deyib.

Komitə üzvü bildirib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsi son illərdə müasir tibbi avadanlıqlarla təchiz edilib: "Müalicə Müəssisəsində peşəkar mütəxəssislər çalışır, məhbuslara yüksək səviyyədə tibbi xidmət göstərilir. Akif Çovdarov özü orada müalicə almaq istəmirsə, onu Penitensiar Xidmət rəhbərliyi müalicəyə məcbur edə bilməz. Akif Çovdarov həmin müəssisədə yox, başqa müəssisədə müalicə almaq istəyir. Amma bu onu deməyə əsas vermir ki, müalicə müəssisəsində şərait yoxdur, xidmət səviyyəsi aşağıdır".