Avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 9 əcnəbi vətəndaş yaralanıb


Dünya 22 Dek 2017 13:31:00 226 0

Avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 9 əcnəbi vətəndaş yaralanıb

Avstraliyanın Melburn şəhərinin mərkəzində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında 9 əcnəbi vətəndaş da var.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Viktoriya ştatının polisi məlumat verib.

Polisin "Twitter"də yerləşdirdiyi məlumata görə, əcnəbilər Cənubi Koreya, Çin, İtaliya, Hindistan, Venesuela, İrlandiya və Yeni Zelandiya vətəndaşlarıdır.

İnsidentlə əlaqədar xəstəxanaya, ümumilikdə, 20 nəfər müraicət edib, onlardan 18-i xəstəxanaya yerləşdirilib və 4-ü artıq evə buraxılıb. Hazırda xəstəxanada olan 14 nəfərdən üçünün vəziyyəti ağırdır.