Məktəbli uşaqlar itkin düşdülər


Digərləri 22 Dek 2017 13:11:00 273 0

Məktəbli uşaqlar itkin düşdülər

Cəlilabad rayonunda iki məktəbli itkin düşüb. 

Son.az-ın APA-ya istinadən xəbərinə görə, Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dünən dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.

İtkin düşən məktəblilərin Bakı şəhərinə getdiyi ehtimal olunur.

Xalid Əliyevin atası Altay Əliyev APA-ya deyib ki, 14 yaşlı oğlu həmyaşıdı və qonşusu İsmayıl Əmənovla birgə dünən dərsə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar: "Onlar Cəlilabadın bir neçə yerində təhlükəsizlik kameralarına düşüblər. Bakıya sərnişin daşıyan mikroavtobuslardan birinin sürücüsü ötən gün iki yeniyetmə uşağı Bakıda apardığını deyib. Bakıya çatanda həmin uşaqlar sürücüdən Bulvara necə getməli olduqlarını soruşublar. Ehtimal edirik ki, onlar bizim uşaqlarımız olub".


Xəbərə aid fotolar