Rasim Balayevin səhhətindən xəbər var


Kriminal 22 Dek 2017 13:07:00 265 0

Rasim Balayevin səhhətindən xəbər var

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var.

Son.az xəbər verir ki, bu barədə report-a açıqlamasında xalq artisti özü məlumat verib. O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib: 

"Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə artıq müayinə üçün mənə xəbər edəcəklər".

Rasim Balayev Türkiyədən gələn nevropotoloqun müalicəsindən sonra səhhətində müsbət yöndə dəyişikliklərin olduğunu deyib: "Əvvəlkinə nisbətən daha yaxşıyam. Müalicəm isə, hələ ki, davam edir".