Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr... FOTO


Digərləri 22 Dek 2017 11:04:00 311 0

Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...  FOTO

"Gündəlik Bakı" qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.

Xatırladaq ki, MTN-ə bağlı reket jurnalist şəbəkəsinin əsas fiqurlarından olan Habil Vəliyev ötən il dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, hədə-qorxu yolu ilə pul tələb etməkdə, şantajda ittiham olunur. Bu ittihamlar üzrə təqsirləndirilən şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Son.az xəbər verir ki, virtualaz.org saytı iş üzrə istintaq materiallarını əldə edib. İstintaq materiallarından məlum olub ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alıb.

Habil Vəliyevin əməllərindən zərər çəkənlər: icra başçısı, təhsil müdiri və digərləri...

İş üzrə zərərçəkmiş şəxs qismində cəmi 12 nəfər tanınıb. Bunlar Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov, "Qarasu" əməliyyat şirkətinin şöbə rəisi Rasim Bağırov, Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfov, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov, Bakıdakı "Maral" və "Elvin" motellərinin icarədarı Hatəm İbrahimov, "Azəri" kafesinin icarədarı Xəyyam Həsənov, Türkan qəsəbəsindəki "Cahargah" otelinin icarədarı Nofəl Musayev, Hacıqabul rayonu ərazisindəki "Çinar" restoranın sahibi Rafiq Rəsulov, "Karona"LTD-nin direktoru Ramil Quliyev və "Clear" hotelinin icarədarı Fuad Məmmədovdur.

Ramiz Cəbrayılov

İstintaqın versiyasına görə Habil Vəliyev adları çəkilən bu zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib. Belə ki, o, Günəşli qəsəbəsindəki "Araz" kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə "rüsvayedici məlumatlar" yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək H.Hüseynovun cəmi 30 min manatını ələ keçirib.

Yaxud istintaq müəyyən edib ki, Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu da rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.

"Clear" hoteli