Azərbaycana yuyucu vasitə içərisində narkotik tərkibli həb gətirmək istədi


Kriminal 22 Dek 2017 10:45:00 278 0

Azərbaycana yuyucu vasitə içərisində narkotik tərkibli həb gətirmək istədi

Gömrükdə yuyucu vasitənin içində "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Əl yükünə baxış zamanı yuyucu vasitənin içində istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.