Gürcüstanın maliyyə naziri Azərbaycana gəlib


İqtisadiyyat 22 Dek 2017 10:28:35 241 0

Gürcüstanın maliyyə naziri Azərbaycana gəlib

M.Baxtadze bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub

Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzenin Azərbaycana birgünlük səfəri başlayıb. “Report” xəbər verir ki, gürcü nazir ötən gün axşam Bakıya gəlib.

M.Baxtadzenin bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olması və azərbaycanlı həmkarı Samir Şərifovla görüşməsi gözlənir.

Səfərin beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, tranzit layihələrin icrasının təmin edilməsi ilə bağlı müzakirələrin aparılması olduğu deyilir.

Qeyd edək ki, M.Baxtadze bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub. Bundan öncə isə "Gürcüstan Dəmir Yolları"nın baş direktoru olub.