Masazırın enerji təchizatında məhdudiyyət olacaq


Digərləri 22 Dek 2017 09:54:00 201 0

Masazırın enerji təchizatında məhdudiyyət olacaq

110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq, bu gün saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bakı. 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq, bu gün saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.