Afinada məhkəmə binasına bomba atdılar


Dünya 22 Dek 2017 09:50:00 237 0

Afinada məhkəmə binasına bomba atdılar

Afinada Apelyasiya Məhkəməsi binası qarşısında bomba partlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bomba partlaması nəticəsində binaya ciddi ziyan dəydiyi bildirilir.

Bina mühafizəçisinin verdiyi məlumata görə, səhər saatlarında motosikletdə iki nəfərin binaya yaxınlaşaraq, çanta atıb uzaqlaşdıqlarını görüb.

Bundan öncə isə yerli xəbər saytlarından birinə naməlum şəxs zəng edərək Apelyasiya Məhkəməsi binasına bomba qoyulması barədə xəbər verib.