Turizm şirkətləri, hotellər və bəzi müştərilərin "qara siyahı"sı hazırlandı


Digərləri 22 Dek 2017 08:08:34 259 0

Turizm şirkətləri, hotellər və bəzi müştərilərin "qara siyahı"sı hazırlandı

Azərbaycanda turizm sənayesi iştirakçılarının ilkin "qara siyahı"sı artıq hazırdır.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırov bu siyahının ictimaiyyət üçün açıq olmadığını, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutulduğunu söyləyib.

O qeyd edib ki, siyahıya artıq 10 fiziki və hüquqi şəxs daxil edilib. Sistemə yalnız turistləri aldadan turizm şirkətləri deyil, şirkətləri, hotelləri aldadan müştərilər də daxil edilib:

"Elə turistlər var ki, onlar şirkətləri aldadırlar, hansısa xidmətdən istifadə edirlər, amma pulunu vermirlər. Hansısa hotel və turizm şirkəti ilə problemləri olan, onları aldadan bir neçə şəxsin adı artıq bu siyahıya daxil edilib. Həmin şəxslər ölkəyə girişinə qadağa qoyulan şəxslər deyil və yerli turistlərdir".