Bakıda yük maşını piyadanı vurub


Sosial 22 Dek 2017 01:38:51 434 0

Bakıda yük maşını piyadanı vurub

Valeh Mirzəyev xəstəxanaya yerləşdirilib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda, keçmiş "Qəbələ" dairəsi adlanan ərazidə baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Mirzəyev Valeh Famil oğlunu "Qazel" markalı yük avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.