Günün qoroskopu: mənfi tendensiyalar geri çəkilir


Digərləri 22 Dek 2017 00:01:00 550 0

Günün qoroskopu: mənfi tendensiyalar geri çəkilir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Bu gün uzunmüddətli planlar qurmaq yaxşıdır. Ola bilər, onların hamısı reallaşmasın. Amma siz düşündüyünüz və niyyətlərinizi müzakirə etdiyiniz vaxtda beyninizə əlavə maraqlı ideyalar da gələcək. 

Buğa - Bu gün sizin üçün olduqca uğurlu keçəcək. Siz nəinki iş həftəsi ərzində başladığınız işləri başa çatdıracaq, hətta çox əyləncəli və prespektivli yeni layihə üzərində işə başlayacaqsınız. Sövdələşmələrə getmək, iş təklifləri qəbul etmək olar: tale qarşınızda uğura yeni yol açır.

Əkizlər - Tikinti işlərinə başlamaq, ölkədə və ya xaricdə daşınmaz əmlak almaq üçün münasib gündür. Bütün "hə" və "yox"ları götür-qoy etsəniz, bu gün əldə edilən sövdələşmələr faydalı olacaq.  İlk növbədə, şəxsi həyatda xoşbəxtliyə can atanlar üçün bu gün bir qədər pis olacaq. Bu sahədə uğur əldə etmək çətindir. Ailədə fikir ayrılıqları mümkündür.

Xərçəng - Günün birinci yarısı iş üçün münasibdir. Siz enerjili və işgüzarsınız, köməkçi və müttəfiqləri çox asanlıqla tapırsınız. Bu gün öhdəsindən gələ bilməyəcəyiniz tapşırıq yoxdur. İşgüzar danışıqlara xüsusi toxunmaq lazımdır: onlar sizin üçün çox uğurlu keçəcək, öz şərtlərinizi diqtə edə biləcəksiniz.

Şir - Sizi çətin gün gözləyir. Bu gün yolunuzda keçilməz sədlər yaranacaq. Şəraitin öhdəsindən təkbaşına gəlmək səyləri nəticə verməyəcək, köməyə çağırmağa isə heç kim olmayacaq. Riskli və təhlükəli heç bir addım atmayın, geri çəkilmək üçün yol qoymağa çalışın. Rəhbərliklə fikir ayrılıqlarından qaçmaq çox vacibdir. Onlar karyera yüksəlişinizə mane ola bilərlər.

Qız - Diqqət cəmləşdirməyi tələb etməyən müşğuliyyətlər üçün pis gün deyil. Əgər iş masanızın üstündə kağızların yerini dəyişdirmək üçün bir neçə saat ayıra bilsəniz, məhz bununla məşğul olun. Həm artıq yükdən qaçın, həm də fikirlərinizi qaydasına salın. İşlə bağlı yeni ideyalar axşama doğru yaranacaq. Amma onlar sizə göründüyü qədər də yaxşı olmayacaq.

Tərəzi - Gün ən azı öhdəsindən gəlməyin mümkün olmadığı çətinliklərin yaranmaması ilə sevindirəcək. Dərhal cavab tələb edən çətin suallarla qarşılaşmayacaqsınız. Nəinki köhnə işləri başa çatdırmaq, həm də yeni layihələrə başlamaq mümkün olacaq. Unutmayın: işdə yalnız o adamlara güvənə bilərsiniz ki, onlar artıq dəfələrlə sizə yardım ediblər.