Çeçenistanda 400 silahlı şəxs bir ailəyə hücum edib


Dünya 21 Dek 2017 23:51:00 245 0

Çeçenistanda 400 silahlı şəxs bir ailəyə hücum edib

Yamadayev qardaşları Çeçenistanda ən məşhur ailələrdən biridir

Çeçenistanın Qudermes şəhərində 400 maskalı şəxs Yamadayevlərin ailə üzvlərinin yaşadığı evlərə hücum ediblər.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Rosbalt" mənbəyə istinadən yazıb. Bildirilir ki, silahlı şəxslər heç bir izahat vermədən evlərə soxularaq, sakinləri saxlayırlar.

Onların hansı bölmələrə aid olduğu hələlik dəqiqləşməyib, lakin onların Çeçenistan prezidenti Ramzan Kadırova tabe olduqları deyilir.

. 6 qardaş olan Yamadayevlər birinci və ikinci Çeçen müharibəsinin iştirakçıları olub. Sağ qalan İsa və Badruddi Yamadayevlər Çeçenistanın indiki prezidenti Ramzan Kadırovu qardaşları - Rusiya Dövlət Dumasının deputatı Ruslan Yamadayev və "Şərq" batalyonunun komandiri Sulim Yamadayevin ölümündə təqsirli bilirlər.