"4 gündən sonra yanına gedəcəm"


Digərləri 21 Dek 2017 23:53:00 242 0

"4 gündən sonra yanına gedəcəm"

Türkiyəli yazar Metin Hara ilə eşq yaşadığı braziliyalı model Adriana Limanın ayrılma xəbəri yalan imiş. Son.az axşam.az-a istinadən xəbər verir ki, bunu Metinə yaxın mənbə bildirib.

Onun sözlərinə əsasən, Hara Lima ilə haqqında çıxan xəbərlərdən narahatdır və dostlarından birinə "Biz ayrılmadıq, 4 gündən sonra yanına gedirəm". deyib.

Eyni zamanda cütlüyün İnstaqramda bir-birilərini izləmədən çıxarmasının da əsl səbəbi məlum olub. Belə ki, iddialara görə, Adriananın səhifəsini idarə edən şəxs Metini səhvən izləmədən çıxarıb.

Xatırladaq ki, Metinlə Adriananın eşq yaşadığı bu il birlikdə çıxdıqları Bodrum tətilindən sonra gündəmə gəlmişdi. Bu sevginin reklam olduğu iddia edilsə də, Adriana ilə Metin bunu inkar edirdilər.