Borcdan qurtulmaq üçün güclü dua


Digərləri 21 Dek 2017 23:40:00 654 0

Borcdan qurtulmaq üçün güclü dua

Nəql edilir ki, bir gün Həzrət Peyğəmbər (s) məsciddə əyləşmişdi və Cəbrayil (ə) nazil olur. Deyir: "Ya Rəsulallah! Allah Təala sənə salam deyir və buyurur: "Bu duanı sənə hədiyyə göndərirəm. Hər kim bu duanı oxuyar və ya özü ilə gəzdirərsə, ona o qədər savab verərəm ki, bütün mələklərin savablarına bərabərdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah bütün günahlarını bağışlayar və hər kim bu duanı 5 dəfə oxuyarsa, Peyğəmbərin (s) üzünü yuxuda görər.

Hər yoxsul oxuyarsa, zəngin olar.

Hər xəstə oxuyarsa, şəfa tapar.

Hər ac oxuyarsa, yemək tapar.

Hər susuz oxuyarsa, sirab olar.

Hər qəmgin oxuyarsa, sevinər.

Hər borclu oxuyarsa, borcu əda olar.

Əgər kiminsə hafizəsi olmazsa, bu duanı müşk və zəfəranla yazarsa və yuyub, (suyunu) içərsə, hafizə və dərk sahibi olar.

Əgər bu duanı meyitin kəfəninə yazarsa, Allah Təala mələklərə əmr edər ki, qəbrini aydınlatsınlar". (Beytutə)

Əgər kimsə bir şeyini itirərsə, dörd rükət namaz qılsın və hər rükətdə "Həmd"dən sonra bir dəfə "Tövhid" surəsini oxusun. Namazdan sonra bu duanı oxusun və sonra səcdəyə gedib hacətini istəsin. İnşəallah ki, itirdiyini tapacaqdır.