Əzrayil vəzifəsini necə yerinə yetirir?


Digərləri 21 Dek 2017 22:40:00 349 0

Əzrayil vəzifəsini necə yerinə yetirir?

Həzrət Əzrayillə (ə) bağlı bəzi məlumatlarla tanış olaq:

1. Əzrayil (ə) Allahın yaxın mələklərindən biridir ki, vəzifəsi insanların canını almaqdır.

2. Allahın Həzrət Əzrayilin (ə) üzərinə qoyduğu vəzifə - ruhları qəbz etməkdir. O, ruhu cəsədlərdən ayırır.

3. Dünyada eyni anda bu qədər ölüm olduğu halda, vəzifəsini necə yerinə yetirir? Əzrayil (ə) tək deyil.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu işdə çox sayda mələk ona yardım edər. Rəhmət mələkləri yaxşı əməl sahiblərinin, əzab mələkləri isə pis əməl sahiblərinin canını alarlar.

Ümumilikdə isə Əzrayil (ə) üçün məkan problemi yoxdur.

4. Ölüm nədir? Ölüm - axirətin darvazası və bütün insanlar üçün İlahi nemətdir. Hamı gərək ölsün. Daha doğrusu, digər dünyaya keçid etsin.

5. Ölümü niyə nemət adlandırırlar?

Məsələnin aydın olması üçün bir əhvalat danışılır. Keçmiş zamanlarda bir qövm öz peyğəmbərindən istəyir ki, Allaha dua etsin və heç kəs ölməsin. O, dua edir və duası da qəbul olur. O gündən sonra həmin qövmdə heç kəs ölmür və evlər kiçikdən böyüyəyə qədər insanlarla dolmağa başlayır.