İmam Zaman ağanın qaldığı yer haradadır?


Digərləri 21 Dek 2017 22:20:00 278 0

İmam Zaman ağanın qaldığı yer haradadır?

İmam Zaman ağa (ə.f) başqa Məsum İmamlar (ə) kimi biz müsəlmanların yer üzərində olan İlahi hüccətidir. O Həzrət (ə.f) də başqa İmamlar (ə) kimi hər il həcc mərasimində iştirak edir və tanınmamış şəkildə elmi məclislərdə hazır olur. Həzrət (ə.f) İlahi təqdirə görə qeybdə olduğu üçün yeri biz müsəlmanlara məlum deyildir. O, dünyanın şərqinə və qərbinə səyahət edir və ehtiyacı olanların ehtiyaclarını yerinə yetirir.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) buyurur: "Dostlardan və qeyri-dostlardan heç kəsin Allah hüccətinin mənzilindən xəbəri yoxdur və bu mövzudan agah olmaz, məgər o kəsdən başqa ki, onun xidmətçisi olar".   İmam Baqir (ə) buyurur: "Bu əmrin sahibi üçün bir ev vardır ki, ona Beytul-həmd deyirlər. Həmin evdə bir çıraq vardır ki, Həzrətin dünyaya gəldiyi gündən yanmış və Bəqiyətullahın (ə) qılıncla qiyam etdiyi günə qədər aydınlıq verəcəkdir". (Tebyan)   İmam Zaman ağa (ə.f) Əli ibni İbrahim ibni Mehziyar Əhvaziyə buyurmuşdur: "Atam mənimlə əhd bağlamışdır ki, Allah torpağının ən uzaq və ən gizli nöqtəsini iqamətim üçün seçim ki, mənim məsələm gizli qalsın. Yaşadığım yer yolunu azmışların hiyləsindən amanda qalsın. Bu əhd məni yüksək dağlara və qumlu təpələrə tərəf sövq etdi".   İmam Zaman ağanın (ə.f) ilk naibi olan Osman ibni Səyid Əsədi yazdığı məktubda buyurur: "Allah onun canişinini gözlərdən gizli saxladı və yerini gizli etdi. Bu, Allahın istək və iradəsinə görə olmuşdur ki, İlahi təqdirdə qətiyyət əldə etmişdir.   İmam Həsən Əsgərinin (ə) vəsisinin yeri bizim aramızdadır. O cənabın fəzl və lütfü bizim üçündür. Əgər Allah Təala icazə versə və indi qadağan etdiyini götürsə, əlbəttə haqqı ən gözəl surətdə, aydın bürhan və aşkar nişanə ilə ona göstərəcəkdir. Hər an özünü tanıdacaq və hüccətlə qiyam edəcəkdir. Lakin İlahi təqdir məğlub olmaz, İlahi iradə geri qayıtmaz. Allahın təyin etdiyi zaman irəli çəkilməz".