"Aİ ilə Azərbaycan arasında yaxşı irəliləyiş əldə edilib"


Siyasət 21 Dek 2017 21:46:00 273 0

"Aİ ilə Azərbaycan arasında yaxşı irəliləyiş əldə edilib"

"Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Avropa İttifaqı (Aİ) - Azərbaycan münasibətlərinə dair hesabat" üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədi dərc olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən sənədlə bağlı Avropa Komissiyası tərəfindən verilmiş mətbuat açıqlamasında (http://europa.eu/rapid/press-release_IP-17-5353_en.htm) Aİ-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı müsbət məqamlar, habelə yüksək vəzifəli Aİ rəsmilərinin açıqlamaları öz əksini tapıb.

Sənəddə Azərbaycan Aİ-nin mühüm tərəfdaşı kimi qiymətləndirilir və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin Aİ tərəfindən dəstəkləndiyi bildirilir.

İkitərəfli münasibətlərin inkişaf dinamikası haqqında məlumat verən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, reallığa söykənən Aİ-Azərbaycan tərəfdaşlığının gücünü və dərinliyini əks etdirəcək, habelə gələcək münasibətlərin inkişafı üçün zəmin yaradacaq yeni saziş üzrə danışıqlarda yaxşı irəliləyiş əldə edilib.

Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Aİ-nin Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu bildirib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin