BMT Baş Assambleyası Qüdsü İsrailin


Dünya 21 Dek 2017 21:48:00 246 0

BMT Baş Assambleyası Qüdsü İsrailin

Sənədin lehinə 128 ölkə səs verib

BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. Xəbərdə bildirilir ki, Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. . 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb. Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi BMT-nin Qüdsün İsrailin paytaxtı kimi tanımaması qətnaməsini dəstəkləyən ölkələrə malliyyə yardımını dayandıracaq.