Göyçayda istixanalarda hazırlıq işləri aparılır VİDEO


Digərləri 21 Dek 2017 21:04:00 243 0

Göyçayda istixanalarda hazırlıq işləri aparılır  VİDEO

Göyçayda yazda məhsul əldə etmək üçün indidən istixanalarda hazırlıq işləri aparılır. Pomidor toxumlarının səpini aparılır və xüsusi aqrotexniki qulluq göstərilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, istixanalarda məhsul yetişdirənlər indidən hazırlıqlara başlayıblar. Göyçayın 30-dan artıq kəndində vətəndaşlar faraş tərəvəzçiliklə məşğul olurlar. İstixanalar hazırlandıqdan sonra pomidor toxumlarının səpini aparılır və xüsusi aqrotexniki qulluq göstərilir. Pomidor şitilləri fevral-mart aylarında böyük istixanalardan torpağa köçürülür. Kəndlilər bildirir ki, əvvəllər Bakı və digər rayonlardan gətirilən şitillərdən istifadə olunurdu. Bu yaxşı effekt vermədiyinə görə özləri ştil yet işdirir. İstixanalarda ştil yetişdirib və məhsul əldə etmək rayonun Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır kəndlərində geniş yayılib.


Xəbərə aid video