Bakıda divar işıqları və elektrik naqillərini oğurlayan şəxslər saxlanıldılar VİDEO


Digərləri 21 Dek 2017 21:06:00 313 0

Bakıda divar işıqları və elektrik naqillərini oğurlayan şəxslər saxlanıldılar  VİDEO

Bakıda körpülərin və yolların kənarlarında quraşdırılmış işıqları oğurlayan şəxslər saxlanılıb. Məlum olub ki, həmin şəxslər yol infrasturukturuna külli miqdarda ziyan vurublar. Şamaxıda qəbiristanlıqdan isə bir neçə məzarın mərmər daşları oğurlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, körpülərin və yolların işıqlarını sökərək oğurlayan şəxslər saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıb. Araşdırmalar zamanı onların əlavə olaraq noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, "Bakı Abadlıq Xidməti" MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Şamaxı rayonunda isə məzarlıqdan oğurluq hadisəsi baş verib.rayonunun Yeddi Günbəz qəbiristanlığında bir neçə məzarın mərmər daşları sökülərək aparılıb. Oxşar oğurluq hallarının noyabrın 3-də də qeydə alındığı bildirilir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərə aid video