10 yaşlı idmançı qızın uğurları VİDEO FOTO


Digərləri 21 Dek 2017 20:58:00 281 0

10 yaşlı idmançı qızın uğurları  VİDEO  FOTO

İsmayıllı rayon Ağbulaq kənd sakini 10 yaşlı Ləman Əkbərova azyaşlı olmasına baxmayaraq idman sahəsində böyük nailiyyətlər əldə edib. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, onun bu uğuru həmyaşıdlarına da örnəkdir. Ləman 2 ildir əlbəyaxa döyüş növləri üzrə məşğul olur. O, dəfələrlə Respublikada keçirilən yarışlarda həmyaşıdlarına qalib gələrək birincilik əldə edib. Ləmanın yarışlardakı uğrunda onun məşqçisinin rolu böyükdür.

Ləman Əkbərova (idmançı) : "Dünya çempionatında birinci yeri tutmuşam. Bakı kubokunda da lider olmuşam. Bundan əlavə açıq çempionatlarda da zirvədə olmuşam".

Müəlliminin sözlərinə görə, Ləmanın məşqlər zamanı çevikliyi, idmana olan həvəsi ona oğlanlardan belə yaxşı döyüşməyə imkan verir. 


Xəbərə aid fotolar